Ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir - DİM
Dövlət İmtahan Mərkəzi abituriyent və valideynlərə xəbərdarlıq edib. DİM bildirir ki, sosial şəbəkələrdə imtahan balının artırılması adı ilə yayılan elanlar dələduzluqdur. Saxta hesablar vətəndaşları aldatmaq üçün DİM-in adı və loqosundan istifadə edir. Qurum hər kəsi diqqətli olmağa və yalnız öz biliyinə güvənməyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/%C3%B6d%C9%99ni%C5%9F-m%C3%BCqabilind%C9%99-imtahan-bal%C4%B1n%C4%B1n-art%C4%B1r%C4%B1lmas%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-qeyri-real-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9Flar-edilir-dim

