Canlı
Çağatay Ulusoyu Hollivud filmlərində görsəniz, təəccüblənməyin

Çağatay Ulusoyu Hollivud filmlərində görsəniz, təəccüblənməyin

Aktyor Çağatay Ulusoy Hollivud filmlərinə çəkilmək üçün ilk addımı atıb. Aktyorluq sahəsini və xarici dil biliklərini dərinləşdirmək üçün 3 aydır Los-Ancelesdə olan Çağatay burada aktrisa Bleyk Lavlinin bacısı Lor Lavli ilə tanış olub. Lor isə Ulusoyu Bred Pitt, Edvard Nort, Mel Gibson kimi dünya şöhrətli ulduzların çəkildiyi filmlərin rejissoru Devid Fiçer ilə tanış edib. Fitçer Çağatayın yaraşıqlı simaya malik olduğunu və gələcəkdə onu hər hansı bir layihəsinə dəvət edə biləcəyini bildirib. Hollivud xəyallarını gerçəkləşdirmək üçün türkiyəli aktyor həmçinin ABŞ-da bir sıra filmlərin kastinqində də iştirak edib.