Canlı
Çağatay Ulusoy ulduzlarla birgə olacaq

Çağatay Ulusoy ulduzlarla birgə olacaq

Türkiyəli aktyor Çağatay Ulusoy indidən Hollivud ulduzları ilə səmimi münasibətə başlayıb. Tanınmış aktyor yeni ili Bleyk Layvli və Ryan Reynoldsun Nyu Yorkdakı malikənəsində qarşılayacaq. Dörd aydır Los Ancelesdə yaşayan Ulusoy aktyor müəllimi Lori Layvli ilə üzünə açılan qapılar sayəsində bir çox dünya şöhrətli prodüser və rejissorla tanış olub. O, qatıldığı tədbirlərin birində 2018-ci ili qarşılamaq üçün Bleyk Layvlidən lüks malikanələrində keçiriləcək şənliyə dəvət alıb. Şənlikdə Çağatayla yanaşı bir çox dünya şöhrətli ulduzlar da iştirak edəcək. Xatırladaq ki, Çağatay Ulusoy sonuncu dəfə “İçerde” serialında rol almışdı.

2017-12-07 / 12:28